Bakı, 12 iyun, AZƏRTAC
ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) final seriyasının növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, “İndiana Peysers” və “Oklahoma-Siti Tander” arasında üçüncü duel meydan sahiblərinin 116:107 hesablı qələbəsi ilə başa çatıb. Bununla da İndiana təmsilçisi seriyada 2:1 hesabı ilə önə keçib.
Qeyd edək ki, seriyanın dördüncü matçı iyunun 14-də olacaq.