AZ

“Mask Vensə görə Trampla mübahisəni dayandırdı” – “The Wall Street Journal”


“ABŞ-nin vitse-prezidenti J.D.Vens “Tesla” sahibi İlon Maskı ölkə Prezidenti Donald Trampla ictimai münaqişəsinə son qoymağa inandırıb”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, iyunun 6-da (sosial mediada ictimai qınaqdan bir gün sonra) Vens və Ağ Evin aparat rəhbəri Syuzi Ualz Maska zəng edərək onu eskalasiyaya son qoymağa çağırıb: “Vens Trampın tərəfində olub, lakin Maskın hərəkətlərini birbaşa tənqid etməkdən çəkinib.
“Tesla”nın qurucusu vitse-prezidentin məsləhətlərini dinləyib”.
Milyarder Respublikaçıların ABŞ-nin büdcə kəsirini artıran vergi güzəşti qanun layihəsini tənqid etməsindən sonra Mask və Tramp mübahisə edib. İyunun 5-də onlar sosial şəbəkədə ictimai qınaq yaradıblar.
Seçilən
12
1
yeniavaz.com

2Mənbələr