Demokrat.az xəbər verir ki, bu barədə “Tesla Owners Silicon Valley” hesabı yayıb.
Bildirilib ki, “X” artıq Azərbaycanda 1 nömrəli xəbər tətbiqi kimi qeydə alınıb.
“X tək-tək ölkələri fəth edir”, – deyə paylaşımda qeyd olunub.
Sözügedən paylaşım birbaşa İlon Mask tərəfindən də yenidən paylaşılıb (repost olunub).
