AZ

London klubundan 3-cü transfer

“Çelsi” bu ay heyətinə daha bir futbolçu cəlb edib.
"Football-plus.az" xəbər verir ki, “Strasbur”dan Mamadu Sarr londonluların sıralarına qoşulub. 19 yaşlı müdafiəçi ilə müddəti 2033-cü ilin iyununa qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Fransalı futbolçu son mövsüm “Strasbur”un heyətində 28 oyunda meydana çıxıb. 

Yeri gəlmişkən, “Çelsi” bu yay “Sportinq”dən Dario Essuqu, “İpsviç”dən isə Liam Delapı da transfer edib.

Seçilən
74
football-plus.az

1Mənbələr