Gəncədə xəstəxanalardan birində oksigen balonu yanıb, xəstələr şəhərdəki digər tibb müəssisəsinə köçürülür.
BAKU.WS report-a istinadən xəbər verir ki, Gəncə şəhər Birləşmiş Xəstəxanasının Abbas Səhət adına 1 Saylı Xəstəxanasında oksigen balonunun yanması ciddi problemlərə yol açıb.
Hazırda xəstəxananın reanimasiya şöbəsində olan xəstələr Gəncə şəhər Zülfüqar Məmmədov adına 3 yalı xəstəxanaya köçürülür. İlkin məlumata görə, 10-dan artıq xəstə təxliyə olunub.
Qeyd edək ki, Abbas Səhət adına xəstəxanada işıqlar söndürülüb, bəzi xidmətlər dayandırılıb.