AZ

Gəncədə oksigen kompressorunun yandığı xəstəxanada bərpa işləri aparılır - Yenilənib

Gəncə şəhərində oksigen kompressorunun yandığı xəstəxanada bərpa işləri aparılır...

Bu barədə TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, iyunun 11-də saat 10:50 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanada oksigen kompressorunda nasazlıq yaranıb, hazırda bərpa işləri davam etdirilir.

Bildirilib ki, hadisə ilə əlaqədar iki pasiyent Akademik Z.Məmmədov adına xəstəxanaya təxliyə edilib, müalicələri davam etdirilir.

Əlavə edək ki, Abbas Səhhət adına xəstəxanada tibbi xidmətlərin göstərilməsində fasilə yaranmayıb.

***

Gəncədə xəstəxanalardan birində oksigen balonu yanıb, 10-dan çox xəstə təxliyə edilib.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər Birləşmiş Xəstəxanasının Abbas Səhət adına 1 Saylı Xəstəxanasında kislarot balonunun yanması ciddi problemələrə yol açıb.

Hazırda xəstəxananın reanimasiya şöbəsində olan xəstələr Gəncə şəhər Zülfüqar Məmmədov adına 3 yalı xəstəxanaya köçürülür. İlkin məlumata görə, təxminən 10-dan artıq xəstə təxliyə olunub.

Qeyd edək ki, Abbas Səhət adına xəstəxanada işıqlar söndürülüb, bəzi xidmətlər dayandırılıb.

Poliqon.info

Seçilən
42
2
poliqon.info

9Mənbələr