AZ

Santuşun məğlubiyyət şərhi

Qafqazinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Son iki yoxlama oyunundan razı qaldım”.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Macarıstan yığmasına qarşı keçirdikləri yoxlama görüşündən sonra mətbuat konfransında deyib.

70 yaşlı mütəxəssis çətin rəqibə qarşı oynadıqlarını bildirib:

“Oyuna yaxşı başlamadıq. Bunun nəticəsində qapımızda erkən qol gördük. Dərhal cavab qolunu vursaq da, rəqib növbəti dəfə fərqlənməyi bacardı. İkinci hissə bizim üçün daha çətin keçdi. Daha çox top itkilərinə yol verirdik. Bərabərlik qolunu vuracağımıza çox inanırdıq. Təəssüf ki, bəzi futbolçularımızda yorğunluq hiss olunurdu. Ümumi götürsək, son iki yoxlama oyunundan razı qaldım”.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
71
1
qafqazinfo.az

2Mənbələr