AZ

Türkiyədən Rusiya-ABŞ danışıqları ilə bağlı RƏSMİ AÇIQLAMA

Türkiyə rəhbərliyinin Rusiya və ABŞ nümayəndə heyətləri arasında danışıqların üçüncü raundunun tarixi və yeri barədə məlumatı yoxdur. 

Demokrat.az
xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyası məlumat verib.

Martın 24-də Rusiya və ABŞ-dan olan nümayəndə heyətləri Ər-Riyadda Ukraynada  nizamlanma ilə bağlı danışıqlar  aparıblar. Görüşün əsas mövzusu Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi olub.

 Atəşkəs və infrastrukturun qorunmasının da müzakirə edildiyi görüş ümumilikdə 12 saat davam edib.

Əfsanə Kamal
Demokrat.az


Seçilən
59
demokrat.az

1Mənbələr