Bakı.Trend:
Tez-tez qarşımıza xaricdə iş təklif edən şirkətlərin elanlarıçıxır. Bunlar arasında saxta olanlar da az deyil. Bəzi hallardavətəndaşlar dələduzların tələsinə də düşürlər.
Trend-əaçıqlama verən insan resursları üzrə mütəxəssis Vəfa Mehdiyevabildirib ki, son illər bu tip elanların artması təkcətexnologiyanın inkişafı ilə deyil, həm də vətəndaşlarımızın xaricdədaha yaxşı həyat arzusu ilə bağlıdır:
“Təəssüf ki, bu arzular bəzən fırıldaqçıların fürsətinəçevrilir. İnsanlar çox zaman rəsmi sənədləşmədən, müqaviləimzalamadan, araşdırma aparmadan bu elanlara inanır və nəticədəaldadılırlar. Ən təhlükəli məqam isə budur ki, bu dələduzluqlaryalnız maddi zərər yaratmır – insan alveri, məcburi əmək və həttahüquqsuz vəziyyətdə qalmaq kimi ciddi problemlərə gətirib çıxarabilər. Bu səbəbdən məsələyə təkcə “iş” yox, insan təhlükəsizliyikontekstindən baxmalıyıq.
Ən başlıca addım məlumatlı olmaqdır. İnsanlar xarici ölkəyəişləməyə getməzdən əvvəl təklif edən şirkətin lisenziyasını vəvergi qeydiyyatını yoxlamalı, rəsmi müqavilə imzalanmadan heç birsənədi təqdim etməməli, “ilkin ödəniş” tələb edən elanlardan uzaqdurmalıdırlar. İş şərtləri, maaş, yaşayış yeri, viza və icazəsənədləri yazılı şəkildə təqdim olunmalıdır. Bu çağırışın arxasındadövlətin bu sahəyə verdiyi önəmi görürük. Ancaq dövlət siyasəti iləyanaşı, vətəndaşın fərdi məsuliyyəti də həlledicidir.
Ən çox rast gəlinən üsullar arasında “viza və yol xərcləribizdən” deyə yalan vəd vermək; “təcili işçilər lazımdır, sabahasənəd göndərməlisən” kimi tələsdirici manipulyasiya yaratmaq,"əvvəlcə az miqdarda ödəniş et, sonra sənədləri göndərək” kimialdadıcı rüsum istəmək, sosial şəbəkədə saxta profillər və saxtauğur hekayələri paylaşmaq kimi üsullar yer alır. Təklif nə qədərcazibədardırsa, bir o qədər şübhəli olmalıdır. Reallıqda heç birxarici işəgötürən sənədsiz, vizasız, zəmanətsiz işçi qəbuletmir.
Müsahibimiz bildirib ki, rəsmi müqavilə əsas hüquqtəminatıdır:
“Müqavilə vətəndaşla işəgötürən arasında qanuni əlaqənitənzimləyir. Əgər müqavilə yoxdursa, işçi maaş ala bilmədikdəhüquqla onu tələb edə bilməz, heç bir sosial təminat (məsələn,tibbi sığorta, icazə günləri) olmur, əmək istismarı və ya hüquqpozuntusu halında hüquqi müdafiə mümkün olmur. Bu səbəbdən, hər birvətəndaş çap olunmuş, rəsmi möhürlü və iki dildə tərtib olunmuşmüqavilə ilə təmin olunmalıdır. Əgər vətəndaş aldadılıbsa, bu zamanilk olaraq Daxili İşlər Nazirliyi və Baş Prokurorluğa müraciətedilməlidir.
Bu sahədə maarifləndirmə tədbirləri yalnız birdəfəliktədbirlərlə deyil, davamlı və strateji şəkildə həyatakeçirilməlidir. Məktəblərdə və universitetlərdə mühazirələr vəseminarlar təşkil olunmalı, TV proqramları, sosial videoçarxlar vəreal hekayələr əsasında maarifləndirmə tədbirləri keçirilməli, əməkvə məşğulluq mərkəzlərində təlim kursları və hüquqi məlumatlarverilməlidir”.
“İnsanlar arzularının qurbanına çevrilməməlidirlər. Xaricdəyaşamaq və işləmək gözəldir, amma bu yolda yoxlanmamış qapılardankeçmək təhlükəlidir. Mən tövsiyə edirəm ki,heç vaxt ilkin ödənişetməyin, müqavilə oxumadan imza atmayın, rəsmi dövlət orqanları vəhüquqşünaslardan məsləhət alın", - o əlavə edib.
Mövzu ilə bağlı Trend-ə danışan vəkil Emil Aslanov isə bildirib ki,həmin şirkətlər əvvəlcə internet informasiya sistemindənaraşdırılmalıdır:
“Şirkətin tanınmış, nüfuzlu şirkət, yaxud dələduz olması əvvəlcəburadan bilinə bilər. Bundan əlavə, sözügedən şirkətlə müqaviləbağlanılmalıdır. Bu müqavilədə şəxsin hansı ölkədə fəaliyyətgöstərəcəyi, nə qədər maaş alacağı, göstərilməlidir”.
E.Aslanov bildirib ki, vətəndaşlar müqavilə bağlayan zaman dadiqqətli olmalıdırlar:
“Əgər şəxs müqavilə bağladıqdan sonra belə aldadılırsa, buradadələduzluq cinayətinin tərkibi yaranır. Bu zaman şirkətin niyyətişəxsi işə götürmək yox, pulunu ələ keçirmək olur”.