Demokrat.az Axşam.az-a istinadən xəbər verir ki, "Xəzər axşamı" proqramında qonaq olan ifaçı atasının rolunun əlindən alınmasından söz açıb:
"Bu yaxınlarda Kubra Əliyeva ilə görüşmüşdüm. Atamla bağlı bir məsələni danışdı. Deyir ki, illər əvvəl "Hökmdar qız" tamaşasında Rafael dadaşovla tərəf müqabili olmalı idik: "Orada onun xanımını oynayacaqdım. 8 ay məşq etdik. Tamaşaya bir ay qalmışdı. Gəldim ki, Həsən Turabov boynubükük oturub. Dedi ki, Rafael oynamayacaq, verdilər başqasına. Dedim ki, 8 ay məşq edirik. Belə olar?".