İsveçli ətraf mühit fəalı Qreta Tunberq İsraildən Fransaya gedən təyyarənin göyərtəsindədir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Qreta Tunberq Fransaya uçan təyyarə ilə İsraili tərk edir”, - deyə məlumatda bildirilir.
İsrailin daxili işlər naziri Moşe Arbelin sözlərinə görə, İsrail öz sərhədləri yaxınlığında etiraz donanmalarının təxribatları ilə suverenliyinin pozulmasına imkan verməyəcək.
O əlavə edib ki, 12 flotiliya üzvünü ölkələrinə qaytarmaq əmrini verib.