AZ

Qreta Tunberq İsraildən deportasiya edilib

İsveçli ətraf mühit fəalı Qreta Tunberq İsraildən Fransaya gedən təyyarənin göyərtəsindədir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Qreta Tunberq Fransaya uçan təyyarə ilə İsraili tərk edir”, - deyə məlumatda bildirilir.

İsrailin daxili işlər naziri Moşe Arbelin sözlərinə görə, İsrail öz sərhədləri yaxınlığında etiraz donanmalarının təxribatları ilə suverenliyinin pozulmasına imkan verməyəcək.

O əlavə edib ki, 12 flotiliya üzvünü ölkələrinə qaytarmaq əmrini verib.

Seçilən
84
operativmm.az

1Mənbələr