“Neftçi”nin gənc yarımmüdafiəçisi Həbib İsmayılov bundan sonra Premyer Liqa təmsilçisi “Şamaxı”nın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, “Şamaxı” yeni mövsüm üçün heyətini formalaşdırmağa davam edir. “Şirlər” yarımmüdafiəçi Həbib İsmayılovu heyətinə qatıblar. 21 yaşlı futbolçu növbəti mövsümü “Şamaxı”da keçirəcək. Onunla 1 illik müqavilə imzalanıb.
“Qarabağ”ın yetirməsi olan İsmayılov son olaraq “Neftçi”nin ikinci komandasında çıxış edib.
“Şamaxı” daha öncə “Səbail”dən Oruc Məmmədovu da transfer etmiş, “Qəbələ”dən Emil Süleymanovu icarəyə götürmüşdü. Rikardo Fernandes, Alfons Msanqa və Abdulla Seydəhmədovla da yeni müqavilə imzalanıb.
Kamal Bayramov (karyerasını başa vurub), Brahim Konate, Leroy Mikels, Vasili Bakiç, Vasili Radenoviç, Maykl Tuik, Fəxri Məmmədli və Murad Vəliyev də komandanı tərk ediblər.