AZ

İsmayıllı sakininin evi yol tintisi zamanı zədələnib? – İddialara rəsmi CAVABVİDEO

Evin divarlarında iri çatlar əmələ gəlib.

Xezerxeber.az-ın xəbərinə görə, İsmayıllının Tircan kənd sakini Məhəmməd Mirsəlov iddia edir ki, yol tikintisi zamanı evinin istinad divarlarında iri çatlar yaranıb. Bu səbəbdən də iki ildir orada qorxa-qorxa yaşayırlar. Ev sahibi  dəymiş ziyananın ödənilməsini istəyir.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət  agentliyinə müraciət etdik. Qurumdan "Xəzər Xəbər"ə isə bildirildi ki, həmin yaşayış binasında sözügedəen çatlar yol tikintizi zamanı baş verməyib.

Qurum rəsmisi bilidirdi ki, vətəndaş hazırda məsələ ilə bağlı məhkəməyə müraciət edib və şikayət araşdırılmaqdadır.

Xezerxeber.az mövzu ilə bağlı videomaterialı təqdim edir. 

Seçilən
120
13
xezerxeber.az

10Mənbələr