AZ

İcra hakimiyyəti sakinin həyətində tikdiyi tövləni sökdürdü – VİDEO

Zərdabda kasıb bir ailə heyvan saxlamaq üçün özünə həyətində tövlə tikib. İcra hakimiyyəti qanunsuzdur deyərək tövlənin sökdürüb.

“Yeni Sabah” xəbər verir ki, bu haqda xəbəri və görüntüləri Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə yayıb.

O, icra Hakimiyyətinin bu addımını tənqid edib:

“Millət Bakıya niyə gəlir, cavabı budur! Rayonda son illər icra hakimiyyəti tövlə, ev tikməyə icazə vermir. Əlbəttə ki, rüşvət verəndə tikmək olur. Parlamentdə deputatlarda bu məsələni dəfələrlə qaldırıb. Təbii ki, vətəndaşlar üçün ayrılan əkin üçün torpaqlarda tikinti olmaz.

Amma, vətəndaşın öz həyətində tövlə, ev tikmək nə vaxtdan qanunsuz olub? Birinci, icra hakimiyyəti fərdi evlərin sənədləşdirilməsi üçün rüşvət istəyir. Adam babadan qalma evi söküb, yenisini tikmək istəyir. İcra hakimiyyəti icazə vermir. Belə edir ki, digər insanlar qorxsun, tövlə, ev tikmək üçün aparıb icra hakimiyyətinə rüşvət versin”. 

Məhəmməd Əsədullazadə 


Telegram kanalımız
Seçilən
82
37
yenisabah.az

10Mənbələr