Nazirlik pensiyalarla bağlı məlumat yayıb
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən dekabr ayının pensiya ödənişi başa çatdırılıb.
Nazirlikdən AYNA-ya verilən məlumata görə, təqaüdçülər pullarını plastik kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.
Məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin ödənilməsi üçün müvafiq işlər isə hazırda davam etdirilir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta