AZ

Zərdabda icra hakimiyyəti vətəndaşın tikdiyi tövləni sökdü- VİDEO

Zərdabda kasıb bir ailə heyvan saxlamaq üçün özünə həyətində tövlə tikib. İcra hakimiyyəti qanunsuzdur deyib, tövlənin sökür.

Musavat.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə sosial şəbəkədə paylaşıb.

O, aşağıdakıları qeyd edib:

 “Bakıya millət niyə gəlir, cavabı budur! Rayonda son illər icra hakimiyyəti tövlə, ev tikməyə icazə vermir. Əlbəttə ki, rüşvət verəndə tikmək olur. Parlamentdə deputatlar da bu məsələni dəfələrlə qaldırıb. Təbii ki, vətəndaşlar üçün ayrılan əkin üçün torpaqlarda tikinti olmaz.

Amma vətəndaşın öz həyətində tövlə, ev tikmək nə vaxtdan qanunsuz olub? Birincis, icra hakimiyyəti fərdi evlərin sənədləşdirilməsi üçün rüşvət istəyir. Adam babadan qalma evi söküb, yenisini tikmək istəyir. İcra hakimiyyəti icazə vermir. Belə edir ki, digər insanlar qorxsun, tövlə, ev tikmək üçün aparıb icra hakimiyyətinə rüşvət versin”.

Görüntünü təqdim edirik:

Seçilən
76
34
musavat.com

10Mənbələr