Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl-Şaraa sentyabrda ABŞ-yə səfər edəcək.
Xezerxeber.az xəbər verir ki, bu barədə Suriya KİV-i məlumat yayıb.
Bildirilib ki, Əl-Şaraa son altı onillikdə ilk dəfə Suriya dövlətinin başçısı kimi BMT-nin iclasında da çıxış edəcək.
Bildirilib ki, bu, 1967-ci ildən sonra ABŞ-yə Suriya lideri səviyyəsində ilk rəsmi səfər olacaq.
Qeyd edək ki, Suriyanın keçid hökuməti 2024-cü il dekabrın 9-da Bəşər Əsəd rejiminin devrilməsindən sonra yaradılıb.