AZ

Azərbaycanın 4 cüdoçusu kata üzrə Avropa çempionatında mübarizə aparacaq

Azərbaycan cüdoçuları 31 may–1 iyun tarixlərində Latviyanın paytaxtı Riqada keçiriləcək kata üzrə Avropa çempionatında mübarizə aparacaq.

Operativ Media xəbər verir ki, qitə yarışında ölkəmiz 4 idmançı ilə təmsil olunacaq. Təmsilçilərimiz “Nage-no-kata” və “Katame-no-kata” üzrə çıxış edəcəklər.

Qeyd edək ki, turnirdə 22 ölkədən 332 cüdoçu qüvvəsini sınayacaq. 

Nage-no-Kata

İsmayıl Rzayev - tori (hücum edən idmançı) 

Samir İsmayılov - uke (hücum edilən idmançı) 

Katame-no-kata

Rafiq Nəcəfov - tori

Seymur Məcidli - uke

Seçilən
53
17
operativmedia.az

10Mənbələr