AZ

Mərdan “Şirin günlər”ə yeni nəfəs verdi

Müğənni Mərdan Kazımov “Şirin günlər” mahnısına yeni nəfəs verib.

Minval.info  xəbər verir ki, sənətçi sözləri Cabir Novruza, musiqisi Oqtay Kazımiyə məxsus bəstəni yeni aranjemanda ifa edib.
Mahnıya çəkilən klip Mərdan Kazımovun “Youtube” kanalına yerləşdirilib.
“Retro mahnılara yeni nəfəs veririk və bu qədər gözəl qarşılanır ki. İnsanların əməyimizə qiymət verməsi bizi həm xoşbəxt edir, həm qürurlandırır.
Əməyi keçən hər kəsə minnətdaram”, – deyə, Kazımov bildirib.

Qeyd edək ki, “Şirin günlər” Mərdan Kazımovun “RETROCK” albomunda yer alıb.

Seçilən
342
minval.info

1Mənbələr