AZ

Biləsuvarda Şəhid Sübhan Arif oğlu Əbilzadənin doğum günündə xatirəsi yad edildi - Vətən Naminə

">

Ziyarətdə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İB Biləsuvar rayon filialının sədri, II qrup Qarabağ müharibəsi  əlili Bəhruz Əliyev, şəhid valideynləri, qazilər, YAP Biləsuvar rayon təşkilatının əməkdaşı Atəş Məmmədli, Deputatın köməkçisi Əfsun Əlizadə və ictimaiyyət nümayəndələri iştirak etdilər.Ziyarət zamanı qəhrəman şəhidimizin şərəfli döyüş yolundan söz açılaraq xatirəsi yad edilmiş, ruhuna dualar oxunmuş və valideyininə baş sağlığı verilmişdir.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun MAHHXHQ olmuş şəhid Əbilzadə Sübhan Arif oğlu 23 aprel 1998-ci ildə Biləsuvar rayonun Nərimankənd kəndində anadan olmuşdur. 2004-2015-ci illərdə Ş.Heydərov adına Nərimankənd kənd tam orta məktəbində təhsil almış və 2016-2017-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 2018-ci ilin noyabr ayından Azərbaycan Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmətini davam etdirmişdir. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak etmiş Cəbrayıl, Füzuli və Qubadlı rayonlarının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Noyabrın 7-də Nərimankənd kənd qəbristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Əbilzadə Sübhan Arif oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilmişdir.

Allah şəhidlərimizə rəhmət eləsin!

Plugin Install : Subscribe Push Notification need OneSignal plugin to be installed.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist

Seçilən
86
11
vetennamine.az

10Mənbələr