AZ

Biləsuvarda şəhidlərin anım günündə xatirələri yad edildi - Vətən Naminə

">

Ziyarətdə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri  İctimai Birliyi Biləsuvar rayon filialının sədri, II qrup Qarabağ müharibəsi əlili Bəhruz Əliyev, şəhid valideynləri, qazilər, YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov, Deputatın köməkçisi Əfsun Əlizadə, şəhidin adını daşıdığı məktəbin müəllim və şagird kollektivi, ictimaiyyət nümayəndələri iştirak etdilər. Ziyarətçilər şəhidlərimizinkeçdiyi döyüş yolundan, göstərdiyi xidmətlərdən və şücaətlərindən bəhs edərək yaxınlarına baş sağlığı verdilər. Məktəblilər vətənpərvərlik ruhunda şeir  söylədilər.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olmuş şəhid Abdulov Asif Mirayə oğlu 23 dekabr 1975-ci ildə Biləsuvar rayonunun Yuxarı Ağalı kəndində anadan olmuşdur. 1982-1993-cü illərdə Yuxarı Ağalı kənd tam orta məktəbində təhsil almış və 11 yanvar 1994-cü ildə Biləsuvar rayon Hərbi Komisarlığı tərəfindən hərbi xidmətə çağrılmışdır. Ağdam rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olmuş və 22 oktyabr 1994-cü ildə Yuxarı Ağalı kənd qəbiristanlığında dəfn olunmuşdur. Ölümündən sonra adı əbədiləşdirilərək Yuxarı Ağalı kənd ümumi orta məktəbinə verilib.

Şəhid Abdullayev Səxavət Hidayət oğlu, 05 fevral 1975-ci ildə Biləsuvar şəhərində anadan olmuşdur. Orta təhsilini şəhər 4 saylı orta məktəbdə almışdır. 14 yanvar 1994-cü ildə Azərbaycan Respublikasının suverenliyi və ərazi bötüvlüyü uğrunda Füzuli rayonunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Subay idi. Ölümündən sonra adı əbədiləşdirilərək Biləsuvar şəhərində küçələrdən birinə verilmişdir.

Allah şəhidlərimizə rəhmət etsin.

Plugin Install : Subscribe Push Notification need OneSignal plugin to be installed.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist

Seçilən
75
11
vetennamine.az

10Mənbələr