AZ

Biləsuvarda Şəhid Seymur Abdulla oğlu Abdullayevin anım günündə xatirəsi yad edildi - Vətən Naminə

">

Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov, Deputatın köməkçisi Əfsun Əlizadə, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İB Biləsuvar rayon filialının sədri, II qrup Qarabağ əlili Bəhruz Əliyev və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarətçilər şəhidimizin keçdiyi döyüş yolundan, göstərdiyi xidmətlərindən və şücaətindən bəhs edərək yaxınlarına baş sağlığı vermişlər.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olmuş Abdullayev Seymur Abdulla oğlu 1 oktyabr 1975-ci ildə Biləsuvar şəhərində anadan olmuşdur. Biləsuvar şəhər 4 nömrəli tam orta məktəbində təhsil almışdır. 6 yanvar 1994-cü ildə Biləsuvar rayon Hərbi Komisarlığı tərəfindən hərbi xidmətdə çağrılmışdır. 20 aprel 1994-cü ildə Ağdam rayonunun Nəmirli kəndi uğrunda döyüşlərdə itkin düşmüşdür. Biləsuvar rayon məhkəməsinin 17 aprel 1997-ci il tarixli qərarına əsasən şəhid statusu verilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!

Plugin Install : Subscribe Push Notification need OneSignal plugin to be installed.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist

Seçilən
105
10
vetennamine.az

10Mənbələr