ABŞ prezidenti Donald Tramp ölkəni könüllü tərk etməyi planlaşdıran qeyri-qanuni mühacirlərə pul və təyyarə bileti vermək istəyir.
Publika.az xəbər verir ki, Tramp bu barədə “Fox News”-da yayımlanan “Noticias” proqramına danışıb.
O, hazırda ölkədən "pis immiqrantlar"ı deportasiya etməyə davam etdiklərini söyləyib. Tramp bildirib ki, ölkəni tərk etmək istəyən qeyri-qanuni immiqrantlar üçün proqram üzərində çalışırlar:
“Könüllü tərk edən qeyri-qanuni mühacirlərə pul və təyyarə bileti vermək istəyirik. Əgər yaxşıdırlarsa və geri qayıtmalarını istəyiriksə, onları mümkün qədər tez geri qaytarmaq üçün birlikdə çalışacağıq”.