AZ

Azər Zahidin həbs müddəti uzadıldı

“TikTok”da əyləncə yarışları təşkil edən aparıcı Azər Zahid barəsindəki həbs qərarının müddəti uzadılıb.

“Qafqazinfo” xəbər verir ki, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Azər Zahid barəsindəki həbs qərarının müddəti daha 3 ay artırılıb.

Bundan başqa, “TikTok” əməliyyatları nəticəsində saxlanılan “Rosh life” ləqəbli Rövşən Təhməzovun barəsində seçilmiş həbs qətimkan tədbirinin də müddəti 3 aylıq uzadılıb.

Qeyd edək ki, Azər Zahid, həm də qumar oyunlarının təşkili və cinayət yolu ilə qazanılmış pulların leqallaşdırılmasında ittiham olunur.

Sail Ağasəlim

Seçilən
162
7
qafqazinfo.az

8Mənbələr