AZ

Sahib Alıyev: “Prezident İlham Əliyevin fikirlərini digər türk dövlətlərinin başçıları da bölüşürlər”

Yazını böyüt
Yazını kiçilt

“Asiya Parlament Assambleyasının bu ilin fevralında Bakı deklarasiyasında olduğu kimi, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin 6 apreldə Daşkənddə keçirilmiş IV konfransında Qərbi azərbaycanlıların öz yurdlarına təhlükəsiz və ləyaqətli qayıdış səylərinə dəstəyin ifadə olunmasını 2024-cü il 5 may “Banjul Bəyannaməsi” ilə başladılan prosesin davamı, dövlətimizin bu yöndəki səylərinə parlament diplomatiyası müstəvisində göstərilən böyük töhfə kimi qiymətləndirirəm”.

Hafta.az-a xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Sahib Alıyev bildirib.

Deputat eyni zamanda Özbəkistanın Səmərqənd şəhərində keçirilən Mərkəzi Asiya-Avropa Birliyi sammitindən sonra Ermənistanın Azərbaycanla Gürcüstan arasındakı kommunikasiya xətlərinin bir neçə kilometrliyində strateji gərginlik yaratmaq cəhdinə diqqət çəkib.

“Xanım Fon der Lyayen həmin sammitdə Orta Dəhlizi “qlobal qapı” adlandırıb, o qapının açarını da Ermənistana vermək niyyətində olduqlarını açıqladıqdan dərhal sonra düşmən şərti sərhədin Qazax rayonundan keçən hissəsinin bir yerində özünün 12 ədəd 122 millimetrlik D-30 haubitsalarını döyüş mövqeyinə çıxarır,  digər yerində böyük çaplı silahları atəş açmağa hazırlaşırlarmış kimi hərbçilərimizə doğru tuşlayır”.

Deputat bunu təsadüfi hal saymayıb. Onun sözlərinə görə, Avropa Birliyinin Ermənistandakı casus missiyasının sevimlilərinin bu əməlindən xəbəri var və hətta yeni gərginlik ssenarisinin birgə yazıldığını istisna etməyib.

“Amma haylar anlamalıdırlar ki, onları belə təxribatlara sürükləyənlər, Ermənistan sərhədlərini açdırmaq əvəzinə onu büsbütün yox etdirə bilərlər. Hay havadarları ADA-dakı beynəlxalq forumda "Azərbaycanı Mərkəzi Asiyadan ancaq Xəzər ayırır" sözlərinin nə anlam daşıdığını, Avropa Birliyindəkilərdən fərli olaraq bizi ortaq tarix, eyni kök, dil, mental dəyərlər birləşdirdiyini, Səmərqənddəki sammitdən dərhal sonra Özbəkistan Prezidentinin cənab İlham Əliyevə niyə zəng etdiyini anlamırlarsa öz problemləridir.  Amma əmin olmaq istərdim ki, sözü gedən forumda Prezidentimizin TDT-nin güc mərkəzinə çevrilməsi üçün tarixi fürsətin yarandığı, burda ləngimənin yolverilməzliyi haqda fikirlərini digər türk dövlətlərinin başçıları da bölüşürlər. Ümid etmək istərdim ki, onlar Şimali Kiprə yanaşmada Azərbaycan Prezidentinin ortaya qoyduğu açıq, prinsipial və təəssübkeş mövqeyi diqqətdən qaçırmayacaqlar. Və avropalılarla imzaladıqları birgə bəyanatda BMT-nin 541, 550-ci qətnamələri vurğulansa da, həmən BMT baş katibinin təşəbbüsü ilə keçirilən refendumda nədən birləşməyə "hə" deyən Şimali Kiprin yox, "yox" deyən  yunan Kiprinin Avropa Birliyinə üzv qəbul edildiyinin üzərində də düşünəcəklər”.

 

Seçilən
201
1
hafta.az

4Mənbələr