AZ

Deputat: “Azərbaycan Prezidentinin prinsipial mövqeyi nəzərə alınacaq”

Asiya Parlament Assambleyasının bu ilin fevralında Bakı bəyannaməsində olduğu kimi Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin 6 apreldə Daşkənddə keçirilmiş IV konfransında Qərbi azərbaycanlıların öz yurdlarına təhlükəsiz və ləyaqətli qayıdış səylərinə dəstəyin ifadə olunmasını 2024-cü il 5 may “Banjul Bəyannaməsi” ilə başladılan prosesin davamı, dövlətimizin bu yöndəki səylərinə parlament diplomatiyası müstəvisində göstərilən böyük töhfə kimi qiymətləndirir, alqışlayır və qardaş Özbəkistanın başqa bir şəhərində- Səmərqənddə keçirilən Mərkəzi Asiya-Avropa Birliyi sammitindən sonra Ermənistanın Azərbaycanla Gürcüstan arasındakı kommunikasiya xətlərinin cəmisi bir neçə kilometrliyində strateji gərginlik yaratmaq cəhdi haqqında danışmaq istəyirəm.

Maraqlıdır deyilmi, xanım fon der Lyayen həmən sammitdə orta dəhlizi “qlobal qapı” adlandırıb o qapının açarını da Ermənistana vermək niyyətində olduqalrınıaçıqladıqdan dərhal sonra düşmən, bəli məhz düşmən şərti sərhəddin Qazax rayonundan keçən hissəsin bir yerində özünün 12 ədəd 122 millimetrlik D-30 haubitsalarını döyüş mövqeyinə çıxarır,digər yerində böyük çaplı silahları atəş açmağa hazırlaşırlarmış kimi hərbçilərimizə doğru tuşlayır. Bu təsadüfdürmü, mümkün deyil. Avropa Birliyinin Ermənistandakı casus missiyasının sevimlilərinin bu əməlindən xəbəri varmı? Fikrimcə, nəinki xəbəri var, düzdür, döyüş mövqeyinə çıxarılanlardırnaqarası sülh fondunun ayırdığı vəsaitlə alınan və Fransanın ötürdüyü silahlar olmasa da, bu yeni gərginlik ssenarisinin hətta birgə yazıldığını belə mən istisna etmirəm. Amma haylar anlamalıdrlar ki,onları belətəxribatlara sürükləyənlər,Ermənistan sərhədlərini açdırmaq əvəzinə onu büsbütün yox etdirə bilərlər.

Hay havadarları ADA-dakı beynəlxalq forumda "Azərbaycanı Mərkəzi Asiyadan ancaq Xəzər ayırır" sözlərinin nə anlam daşıdığını, Avropa Birliyindəkilərdən fərli olaraq bizi ortaq tarix, eyni kök, dil,mentaldəyərlər birləşdirdiyini, Səmərqənddəki sammitdən dərhal sonra Özbəkistan Prezidentinin cənab İlham Əliyevə niyə zəng etdiyini anlamırlarsa öz problemləridir.Amma əmin olmaq istərdim ki, sözü gedən forumda Prezidentimizin Türk Dövlətləri Təşkilatının (TDT)güc mərkəzinə çevrilməsi üçün tarixi fürsətin yarandığı, burda ləngimənin yolverilməzliyi haqda fikirlərini digər türk dövlətlərinin başçıları da bölüşürlər. Ümid etmək istərdim ki, onlar Şimali Kiprə yanaşmada Azərbaycan Prezidentinin ortaya qoyduğu açıq, prinsipial və təəssübkeş mövqeyidiqqətdən qaçırmayacaqlar və avropalılarla imzaladıqları birgə bəyanatda BMT-nin 541, 550-ci qətnamələri vurğulansa da, həmən BMT baş katibinin təşəbbüsü ilə keçirilən refendumda nədən birləşməyə “hə” deyən Şiamli Kiprin yox, “yox” deyənyunan Kiprinin Avropa Birliyinə üzv qəbul edildiyinin üzərində də düşünəcəklər.

Sahib Alıyev, Millət vəkili
AzVision.az

Seçilən
265
2
azvision.az

4Mənbələr