Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.
Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Komissiyanın üzvü Rəşad Məcid məlumat verib.
O bildirib ki, iclas saat 15:00-da baş tutacaq.
Qeyd edək ki, bu il komissiyanın dörd iclası baş tutub.