Ər-Riyadda Rusiya-ABŞ danışıqları başlayıb.
Rusiya və ABŞ nümayəndələri arasında Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlar başlayıb.
Operativ Media xəbər verir ki, Rusiya-ABŞ danışıqları The Ritz-Carlton otelində keçirilir.
Danışıqlar qapalı keçirildiyindən Səudiyyə Ərəbistanı Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları jurnalistlərdən otelin ərazisini tərk etməyi xahiş ediblər.