AZ

Milli Təhlükəsizlik Şurasının iclasında gündəmdəki mövzular müzakirə olunub

Milli Təhlükəsizlik Şurası (MTŞ) İsrailin gec-tez Qəzzada törətdiyi və tarixdə qara ləkə kimi yer alan qeyri-insani cinayətlərinin nəticələri ilə üzləşməli olacağını bildirib.

Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Prezident İqamətgahında keçirilən MTŞ-nin iclasının nəticələrinə dair açıqlama verilib. 

Türkiye Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin Rəhbərliyi tərəfindən ictimaiyyətə təqdim edilən açıqlamada PKK/KCK-PYD/YPG, FETÖ başda olmaqla milli birlik, həmrəylik və dövlətin varlığına yönəlmiş hər cür təhdid və təhlükəyə qarşı daxildə və xaricdə əzm, qətiyyət və müvəffəqiyyətlə həyata keçirilən əməliyyatlarla bağlı Şuraya məlumat verildiyi bildirilib.

Açıqlamada İsrailin 7 oktyabrdan bəri təxminən 16 min fələstinlinin həyatına son qoyan Qəzza zolağına hücumlarına da toxunularaq qeyd olunub ki, İsrailin gec-tez Qəzzada törətdiyi və tarixə qara ləkə kimi düşən qeyri-insani cinayətlərinin nəticələri ilə üzləşməli olacağı vurğulanıb. Günahsız insanları kütləvi şəkildə məhv etməyə istiqamətli hücumların və Qəzza torpaqlarının işğalının yubanmadan qarşısının alınmasının beynəlxalq ictimaiyyətin birgə məsuliyyəti olduğu və Türkiyenin bu mövzuda istənilən təşəbbüsü qaldırmağa davam edəcəyi dilə gətirilib. İsrail rəhbərliyi və qətliamı dəstəkləyən tərəflərə bu mənfur hərəkətlərə dərhal son qoyulmayacağı təqdirdə təsirləri nəsillər boyu davam edəcək və bölgədən kənara yayıla biləcək bir zorakılıq spiralını işə sala və daimi sülhün yalnız 1967-ci il sərhədləri əsasında, paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin qurulması ilə mümkün ola biləcəyi xatırladılıb.

Açıqlamada bildirilib ki, İraqla əməkdaşlıq, Kərkükdəki son hadisələr və türkmən soydaşların vəziyyəti, Azərbaycan-Ermənistan danışıqlarının daimi sülh sazişi ilə yekunlaşması, Rusiya-Ukrayna müharibəsinin regional və dünya siyasətinə təsirləri də görüşdə müzakirə olunan mövzular sırasında olub.

Açıqlamada "Azərbaycan-Ermənistan danışıqlarının daimi sülh sazişi ilə nəticələnməsi və Ermənistanla münasibətlərimizin normallaşması ilə bağlı məsələlərlə yanaşı, qeyri-regional aktorların məsələyə müdaxilə etmək cəhdləri də dəyərləndirilib. Biz Ermənistan da daxil olmaqla, bütün region ölkələrinin sülh və rifahına töhfə verəcək daimi sülhün bərqərar olması istiqamətində bütün səmimi səyləri dəstəkləyəcəyik" deyilib.



Seçilən
612
50
trt.net.tr

10Mənbələr