AZ

Yunanıstanda hakimlər təhlükəsizlik səbəbindən çempionat oyunlarından imtina ediblər

Yunanıstan Super Liqası oyunlarının hakimləri və rəsmiləri təhlükəsizlik baxımından çempionat oyunlarından imtina etdiklərini açıqlayıblar.

“İki sahil” xəbər verir ki, hakimlərin “Reuters”ə məktubunda deyilir: “Son illərdə yunan və xarici arbitrlər daimi hədəfə, yumruq torbasına və məsuliyyəti başqasının üzərinə atmaq üçün “günah keçisi”nə çevriliblər. Cəzasız qalan elanlar, zorakılıq, təhdidlər, şifahi və fiziki hücumlar. Bunlar futbolu zəhərli edən problemlərdən yalnız bir neçəsidir.

Nəticədə Yunanıstan çempionatının yüksək divizionunun hakimləri və köməkçiləri 14-cü turdan başlayaraq, təhlükəsizliyimiz üçün əlverişli şərait yaranana qədər heç bir oyunu idarə etməmək qərarına gəliblər. Bu qərarla biz özümüzü və ailəmizi qorumaq istəyirik”.

Yunanıstanda hakimlər tez-tez azarkeşlərin hücumlarına məruz qalır. Azarkeşlər habelə tez-tez hakimlərin avtomobillərini və evlərini yandırır. Məhz buna görə də məktub Mərkəzi Hakimlər Komitəsinə və Yunanıstanın Futbol Federasiyasına göndərilib.

Seçilən
470
3
ikisahil.az

10Mənbələr