Qədim dövrlərdən oynaq ağrıları kiçikdən-böyüyə hər kəsi narahat edən problemlərdən olub. Hələ tibbin inkişaf etmədiyi dönəmlərdə insanlar oynaq ağrılarına çarəni xalq təbabətində axtarıb. Belə ağrılar üçün üçün xüsusi məlhəmlər hazırlanıb. İnsanlar düşünür ki, onları narahat edən oynaq ağrıları, ayaqlarda ağırlıq hissi, köhnə zədələr hazırlanan bu qarışımlarla yaxşılaşacaq. Bəs, əsl həqiqət necədir? Doğrudanmı, xalq təbabəti elementləriylə hazırlanmış müxtəlif qarışımlar oynaq ağrılarında müalicə üsuludur? Sağlamolun.az saytına danışan ortoped-travmatoloq, uzman doktor Rəşad Zeynalov belə qarışımların bəzən effekt verdiyini söylədi. Həkim qeyd etdi, bu qarışımlar müəyyən zaman kəsiyində, müvəqqəti olaraq ağrıların azalmasına kömək göstərir:Saglamolun.Az