Türkiyəli aktyor Xalid Ərgəncin yeni layihəsi bəlli olub.
Axşam.az xəbər verir ki, aktyor "Yarınlar yokmuş gibi" serialında baş rollardan birini canlandıracaq. Ekran işində Xalidin tərəf müqabili aktrisa Tuba Büyüküstün olacaq. 4 bölümdən ibarət layihə artistlə jurnalist arasında keçən sevgi hekayəsindən bəhs edəcək.
Qeyd edək ki, Xalidlə Tuba 2017-ci ildə "İstanbul kırmızısı" filmində tərəf müqabili olublar.
BiG.Az