Türkiyə Qəzzadan daha 100 nəfəri təxliyə edir
Bu gün Qəzzadan daha yüz nəfərin Türkiyəyə təxliyəsi nəzərdə tutulur.BUTA.TV xəbər verir ki, bunu mətbuata açıqlamasında Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli söyləyib.“Vəziyyətdən asılı olaraq, şərtlər dəyişmədiyi təqdirdə Türkiyə vətəndaşları və onların ailə üzvləri olmaqla, daha yüz nəfərin təxliyyəsi planlaşdırılır”, - Keçeli bildirib.Onun sözlərinə görə, noyabrın 18-də Qəzzadan təxliyə edilən 44 nəfər bu gün Türkiyəyə gətiriləcək. Onların arasında Türkiyə vətəndaşları ilə yanaşı, Şimali Kipr Türk Cümhuriyyəti vətəndaşları və onların ailə üzvləri də var.