AZ

"İstirahət etmirəm, çalışmaq lazımdı" - Adil Şükürov hansı işlə məşğuldu?

Ötən ilin noyabrında "Kəpəz"in baş məşqçisi təyin edilən, "futbol ili"nin sonuna 5 tur qalmış komandanı elitada saxlayan Adil Şükürov yeni mövsümdə qeydə alınan uğursuz nəticələrdən sonra istefa verdi.

Həmin gündən sonra mütəxəssisdən səs-soraq yoxdu.

Bunu nəzərə alıb Adil bəylə əlaqə saxladıq. O başqa mövzular haqda danışmaq istəməsə də, indiki durumunu bizimlə bölüşdü:

"Hər şey yaxşıdı. Bilindiyi kimi, "Kəpəz"dən öz istəyimlə ayrıldım. Amma indi istirahət etmirəm. Çalışmaq lazımdı. "Kəpəz"də gördüklərimlə, yaşadıqlarımla bağlı bütün məsələləri təhlil edirəm. Oyunlar, məşq prosesləri, münasibətlər və başqa məqamların üzərində düşünürəm. Hamısından ən düzgün nəticəni çıxarmağa çalışıram. Daha uğurlu ola bilmək üçün hər şeyi diqqətlə təhlil etmək lazımdı. "Kəpəz"də qısa vaxtda böyük işlər gördük. İndi hamısını dəyərləndirmək lazımdı ki, gələcəkdə daha yaxşısını edək. İstər meydançada, istərsə də kənarda".

KƏNAN BAHADIR
Seçilən
90
8
football-plus.az

7Mənbələr