AZ

“YouTube” süni intellektə qarşı ehtiyat tədbirlər görməyə başlayıb

Süni intellektə əsaslanan texnoloji inkişaflar günü-gündən artmağa davam edir. Bu arada, bəzi texnologiya şirkətləri və platformaları süni intellekt texnologiyasına qarşı tədbir görür. Həmin şirkətlərdən biri də “YouTube”dur. 

MediaPost xəbər verir ki, son zamanlar süni intellekt texnologiyası üzərində çalışan “YouTube” nəzarətdən əl çəkmir. Platforma rəsmi bloq səhifəsində bəzi məlumatlar paylaşıb. Açıqlamaya görə, süni intellekt tərəfindən istehsal edilən və “YouTube”a yüklənən videoların artıq etiketi olacaq. Bu etiketi görən istifadəçilər videonun süni intellekt tərəfindən hazırlandığını anlayacaqlar. Bundan əlavə, istehsalçılar bu videolar üçün etiketlər qoymalı olacaqlar.

Şirkət qeyd edib ki, etiketsiz videolar paylaşan insanlar üçün də bəzi sanksiyalar olacaq. Bu sanksiyalar videonun yayımdan çıxarılması və ya istifadəçinin monetizasiya xüsusiyyətinin silinməsi kimi cəzalar olacaq.  Bu yeni sistemlə “Google”, onlara aid olduğunu iddia etdiyi videonu “YouTube”dan silmək üçün müraciət edə bilər. Səlahiyyətlilər bu sorğunu nəzərdən keçirəcək və yazının silinməsinə qərar verə bilələrr.

Bütün bunlarla yanaşı, “YouTube”un bir videonun süni intellekt tərəfindən istehsal edilib-edilmədiyini necə anlayacağı da maraq doğurur. Üstəlik, cəzanın hansı vəziyyətə görə veriləcəyi də bəlli deyil. Bütün bu detalların daha sonra ortaya çıxacağı gözlənilir.

Əzizə Həmidova

Xəbərlər departamenti

Seçilən
805
50
mediapost.az

10Mənbələr