Çinin dövlət neft və qaz şirkətləri China National Petroleum Corp (CNPC) və Cnooc Ltd. ABŞ-dan Rusiyanın yeni mayeləşdirilmiş təbii qaz (LNG) ixracat zavoduna qarşı sanksiyaları ləğv etməyi xahiş etməyə hazırlaşır.
Qaynarinfo xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.
Agentliyin materialına görə, bu yolla Çin yanacaq təchizatında fasilələrin qarşısını almağa çalışır. Bloomberg qeyd edir ki, Çin gəmiləri NOVATEK-in Arctic LNG 2 -dən yanacaq daşıyacağı təqdirdə ABŞ sanksiyalarına məruz qala bilər. Cnooc və CNPC də ABŞ-dan LNG alır və Amerika layihələrindən gələn tədarükləri təhlükə altına almaq istəmir.
Bloomberg-in qeyd etdiyi kimi, Pekin tez-tez məhdudiyyətlərdən yayınmağın yollarını tapdığından, Çin üçün sanksiyaların ləğvi tələbi nadir hal olacaq. Agentliyin müəlliflərinin fikrincə, bu addım LNG gəmilərinin böyük obyektlərdən yanacaq daşımaq üçün nəzərdə tutulması ilə əlaqədardır ki, bu da onların hərəkətini gizlətməyi "faktiki olaraq qeyri-mümkün” edir.
Alpər