Bu ilin sonunda Rusiyanın mayeləşdirilmiş təbii qazının (LNG) İspaniyaya tədarük həcmi rekord həddə çata bilər.
Valyuta.az xəbər verir k, bu barədə “El Mundo” qəzeti yazır.
Qəzetin məlumatına görə, 2018-ci ildə Rusiyadan İspaniyaya tədarük olunan qazın cəmi 2,4%-ni təşkil edib. "Enagas" enerji şirkətinin statistikasına görə, bu ilin yanvar-oktyabr aylarında Rusiya İspaniyaya LNG tədarükündə üçüncü yeri tutub və Madridin ixracatçı kimi Moskvadan asılılığı 5 il ərzində 6 dəfə artıb.
2023-cü ildə İspaniya Rusiyadan 60 770 GVt/saat ekvivalent LNG idxal edib ki, bu da keçən ilki 42 453 GVt-dan (təxminən 43% artım) çoxdur.
Hazırda İspaniyada 6 reqazifikasiya zavodu fəaliyyət göstərir. İki il əvvəl Əlcəzair və Mərakeş arasında yaranan diplomatik gərginlik İspaniyaya yanacaq daşıyan Məğrib-Avropa qaz kəmərini bağlamağa məcbur edib.
Paşa Məmmədli