Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzinə yeni rəis müavini təyin edilib. Qaynarinfo-nun məlumatına görə, bu barədə bir müddət əvvəl fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polkovnik-leytenant Xanbabayev Elnur Zabit oğlu FHN-nin Şimal Regional Mərkəzinin rəis müavini təyin olunub. Qeyd edək ki, 19.10.1976-ci ildə anadan olan Elnur Xanbabayev Bakı şəhərindən anadan olub, Bakı Ali Hərbi Dənizçilik məktəbini bitirib. Ailəlidir, 3 övladı var.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta