Futbol üzrə Türkiyə Superliqasında XII tura yekun vurulub.
Publika.az xəbər verir ki, turun son matçında "Fənərbağça" səfərdə "Adana Demirspor"un qonağı olub. Matçda hesab açılmayıb və tərəflər hərəyə 1 xal qazanıblar.
Bu nəticə ilə xallarını 31-ə çatdıran "Fənərbağça" yenidən liderliyə yüksəlib. 22 xalı olan "Adana Demirspor" isə üçüncü pillədə qərarlaşıb.