“Fitch” beynəlxalq reytinq agentliyi İpoteka və Kredit Zəmanət Fondunun xarici və yerli valyutada uzunmüddətli reytinqini “BB+” səviyyəsindən “BBB-” səviyyəsinə yüksəldib.
AzNews.az Fonda istinadən xəbər verir ki, Bu, Azərbaycanın suveren reytinqinin yüksəlməsindən sonra baş verib.
Reytinq üzrə proqnoz "Sabit"dir.