“Gələcəkdə Seçki Məcəlləsinə dəyişiklik etməliyik".
Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bugünkü iclasında deyib.
Məzahir Pənahov qeyd edib ki, 10 gün qalmışa qədər bülletenlər hazır olmalıdır:
“Biz seçki bülletenlərinin çapına başlamışıq. Namizədlərlə bağlı şəxsiyyət vəsiqəsində olan məlumatlar bizə verilməlidir. Ən pis tərəf odur ki, 10 gün qalmışa qədər şəxs namizədliyini geri götürə bilər”.