AZ

Lebron Ceyms bu klubu alır

NBA-nın məşhur basketbolçularından olan Lebron Ceyms klub almaq qərarına gəlib.

39 yaşlı basketbolçu satışa çıxarılan tanınmış klublardan olan "Boston Seltiks"də pay sahibi olmaq niyyətindədir.

Onun şirkəti "Boston Seltiks"ə 2028-ci ilə qədər investisiya yatırmağı planlaşdırır. L.Ceyms hazırda danışıqlarda iştirak edə bilməz. O, yalnız karyerasını bitirdikdən sonra danışıqlar prosesinə qoşulmaq hüququ qazanacaq.

Qeyd edək ki, basketbolçu 2018-ci ildən "Los Anceles Leykers"in formasını geyinir.

Seçilən
280
14
azerforum.com

10Mənbələr