AZ

İsraildən qisas alınacaq! - SEPAH

İranın ruhani lideri Ayətullah Əli Xameneyinin İsraili cəzalandırmaq əmri yerinə yetiriləcək.

OXU24.COM xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirinin müavini, kontr-admiral Əli Fədavi deyib.

"Ali rəhbərin İsraili sərt şəkildə cəzalandırmaq əmri aydındır və birmənalıdır. Onun əmrləri ən yaxşı şəkildə yerinə yetiriləcək", - deyə Fədavi bildirib.

Qeyd edək ki, Ayətullah Əli Xameneyi Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə görə İsraildən qisas alınmasını əmr edib.

Seçilən
476
4
oxu24.com

10Mənbələr