Demokrat.az "Report"a istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu gizir Xəyal Ədinəqulu oğlu Əhədli və Minatəmizləmə Agentliyinin əməkdaşı Afiq Müşviq oğlu Mehdizadənin ayağı pəncə hissəsindən amputasiya edilib.
***14:40
Qazax rayonunun Qızılhacılı kəndində mina partlayışı hadisəsi baş verib.
Demokrat.az xəbər verir ki, bu barədə Baş Prokurorluq, Dövlət Sərhəd Xidməti və Minatəmizləmə Agentliyi (ANAMA) birgə məlumat yayıb.
Bildirilib ki, avqust ayının 2-də Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı 19 aprel 2024-cü il tarixdə əldə olunmuş razılaşma əsasında ölkəmizə geri qaytarılmış Qazax rayonunun Qızılhacılı kəndində Ermənistan tərəfindən basdırılmış minalar partlayıb:
"Hadisə nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu gizir Əhədli Xəyal Ədinəqulu oğlu və Minatəmizləmə Agentliyinin əməkdaşı Mehdizadə Afiq Müşviq oğlu minatəmizləmə işləri zamanı xidməti vəzifələrini icra edərkən piyada əleyhinə mina partlayışı nəticəsində ayaq nahiyəsindən xəsarət alıblar.
Agentliyin əməkdaşları Ələkbərov Elçin İlham oğlu və Mirzəyev Yavər Gəray oğlu isə qəlpə yaraları alıblar.
Xəsarət alan şəxslər ilkin tibbi yardım göstərilməklə dərhal xəstəxanaya çatdırılıblar. Həyatları üçün təhlükə yoxdur" -deyə məlumatda deyilib.
10Mənbələr
-
sia.azQazaxda mina partlayışında xəsarət alan iki nəfərin ayağı amputasiya edilib ( 9405530)
-
far.azHadisəQazaxda mina partlayışında xəsarət alan iki nəfərin ayağı amputasiya edilib - YENİLƏNİB ( 9403310)
-
avtosfer.azAzərbaycana yeni qaytarılan kənddə mina partlayışı:İki nəfərin ayağı amputasiya olundu - YENİLƏNİB ( 9402998)
-
qaziler.azQazaxda mina partlayışında xəsarət alan iki nəfərin ayağı amputasiya edilib ( 9402089)
-
nuhcixan.azQazaxda mina partlayışında xəsarət alan iki nəfərin ayağı amputasiya edilib ( 9401849)
-
seherxeber.orgQazaxda mina partlayışında xəsarət alan iki nəfərin ayağı amputasiya edilib ( 9401507)
-
far.azHadisəQazaxda mina partlayışında xəsarət alan iki nəfərin ayağı amputasiya edilib – YENİLƏNİB ( 9400466)
-
news365.azMina partlayışında xəsarət alan iki nəfərin SON VƏZİYYƏTİ ( 9400403)
-
demokrat.azAzad olunan ərazidə mina partladı: Xəsarət alanlar var — YENİLƏNDİ ( 9400334)
-
ednews.netQazaxda mina partlayışında xəsarət alan iki nəfərin ayağı amputasiya edildi ( 9400292)