Bakı. Trend:
Müharibə veteranlarının dövlət peşə təhsili müəssisələrindəödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlətbüdcəsinin vəsaiti hesabına ödəniləcək.
Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi"Peşə təhsili haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
Dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsilaldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabınaödənilən şəxslərin kateqoriyası genişləndirilib. Belə ki,Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşəməliyyatlarında iştirak etdiyinə görə "Müharibə veteranı” adıalmış şəxslərin də artıq dövlət peşə təhsili müəssisələrindəödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlətbüdcəsinin vəsaiti hesabına ödəniləcək.