AZ

Türkiyə və Ermənistan viza prosedurlarını asanlaşdıracaq - RAZILIQ ƏLDƏ OLUNDU

Türkiyə və Ermənistanın normallaşma üzrə xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubenyan diplomatik/rəsmi pasport sahibləri üçün qarşılıqlı viza prosedurlarını asanlaşdırmaq barədə razılığa gəliblər.

Ednews  xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.

Vurğulanıb ki, onlar normallaşma prosesini heç bir ilkin şərt irəli sürülmədən davam etdirməyə razı olduqlarını təsdiqləyiblər.

Eyni zamanda xüsusi nümayəndələr əvvəlki görüşlərində razılaşdırılmış məsələləri təsdiqləyiblər.

Seçilən
46
9
ednews.net

10Mənbələr