AZ

Fransanın dəmiryol şəbəkəsində Olimpiada ərəfəsində 800 000 insanı yolda qoyan təxribat

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Fransanın yüksəksürətli dəmiryol şəbəkəsi (TGV), Paris Olimpiya Oyunlarının açılış mərasimindən bir neçə saat əvvəl yanğınlar da daxil olmaqla, nəqliyyat sisteminin işini pozan təxribatlara məruz qalıb.
Oxu.Az-ın focus.ua-ya istinadən verdiyi məlumata görə, bu barədə milli dəmir yolu operatoru SNCF məlumat verib.
Mənbənin məlumatına görə, hücumlar onun Atlantik, şimal və şərq xətlərinə təsir edib.
"TGV şəbəkəsini iflic etməyə yönəlmiş genişmiqyaslı hücuma görə bir çox marşrutlar ləğv edilməli olacaq", - deyə məlumatda vurğulanıb.
Təmir işlərinin həftənin sonuna qədər davam edəcəyi gözlənilir.
Agentliyin məlumatına görə, hücumlar nəticəsində təxminən 800 000 sərnişin zərər çəkib.
SNCF sərnişinlərdən səfərlərini təxirə salmağı və dəmiryol stansiyalarına getməməyi xahiş edib.
Qeyd edək ki, vandalizm aktları Parisin 7 500 idmançı, 300 000 tamaşaçı və çoxsaylı VIP şəxsin iştirak edəcəyi açılış mərasiminə hazırlaşdığı bir vaxtda baş verib.
Seçilən
472
21
oxu.az

10Mənbələr