AZ

Fintexlərin ödəniş bazarında rolunun gücləndirilməsi müzakirə olunub

Fintexlərin

Bakı, 4 noyabr, AZƏRTAC

Mərkəzi Bankın sədri Taleh Kazımov noyabrın Azərbaycan Fintex Assosiasiyasının nümayəndələri ilə növbəti görüş keçirib.

AZƏRTAC xəbər verir ki, görüşdə Mərkəzi Bankın ödəniş xidmətləri bazarının inkişafı istiqamətində apardığı islahatlar, eləcə də fintex ekosistemində təmsil olunan təşkilatlarla digər maliyyə institutları arasında əlaqələrin inkişafı məsələləri müzakirə edilib.

Fintexlərin ödəniş bazarında rolunun gücləndirilməsi, yeni ödəniş həllərinin tətbiqi və rəqəmsal ödənişlərin genişləndirilməsindən danışılıb. Həmçinin fintex sektorunun cari vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

 

Seçilən
342
5
azertag.az

7Mənbələr