Bakı. Trend:
Avropa İttifaqı əhalisinin Ukrayna müharibəsi və koronaviruspandemiyası səbəbindən depressiyalı psixik vəziyyəti hər il 600milyard avroya başa gəlir ki, bu da Aİ-nin ümumdaxili məhsulunun4,2 faizinə bərabərdir.
Trend xəbər verir ki, “Interia Business” portalı bu barədə“Polşa İqtisadiyyat İnstitutu” analitika mərkəzinə istinadlaməlumat yayıb.
“Avropa İttifaqının 27 ölkəsində və Böyük Britaniyada psixisağlamlıqla bağlı problemlər ümumdaxili məhsulun 4,2 faizinə, yəni600 milyard avroya başa gəlir. Bu itkilərin üçdəbirindən çoxuməşğulluq və məhsuldarlığın azalması ilə bağlıdır”, - deyəinstitutun məruzəsində deyilir.
“Eurobarometer” xidmətinin apardığı sorğuda iştirak edənrespondentlərin 62 faizi avropalıların mənəvi vəziyyətinə ən çoxUkrayna müharibəsinin və COVID-19 pandemiyasının təsir etdiyinibildirib.
Psixika ilə bağlı pozğunluq təkcə Avropa İttifaqının deyil,bütün dünya iqtisadiyyatının probleminə çevrilib. Dünya İqtisadiForumunun hesablamalarına görə, 2030-cu ilədək bu cür xəstəliklərinmüalicəsi bütün qeyri-infeksion xəstəliklərlə mübarizə xərclərininyarısını təşkil edəcək.